Bakıda NATO-nun baş katibi iştirakı ilə “NATO və Cənubi Qafqaz” mövzusunda konfransın keçirilməsi gözlənilir

Bakıda NATO-nun baş katibi iştirakı ilə “NATO və Cənubi Qafqaz” mövzusunda konfransın keçirilməsi gözlənilir
# 29 aprel 2013 11:05 (UTC +04:00)

Azərbaycan-NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədovun APA-ya verdiyi məlumata görə, Azərbaycan-NATO Əməkdaşlıq İnstitutun tərəfindən təşkil olunan konfransın payızda keçirilməsi nəzərdə tutulub.


Konfransda Azərbaycan-NATO əməkdaşlığı və onun perspektivləri, NATO-nun tərəfdaşı olaraq Azərbaycana üzərinə götürülmüş öhdəliklər, Əfqanıstanda sülhməramlı kontingenti, NATO-nun genişlənməsinin prosesi və NATO-nun genişlənmə prosesində Azərbaycanın rolu, İPAP planı və s. məsəllər müzakirə olunacaq.

Konfransa 28 NATO və 16 tərəfdaş ölkədən qonaqlar qatılacaq.

Tədbirdə NATO-nun keçmiş baş katibi Yan Xoop Sxeffer, Avropalı siyasi xadim Xavyer Solana (Javier Solana) və NATO-nun baş katibi Anders Foq Rasmussen iştirakı gözlənilir.
“NATO-nun baş katibi tədbirə baş məruzəçi kimi dəvət olunub. Hazırda Avropada bu barədə danışıqlar aparır. Məsələ 99% razılaşdırılıb”, - deyə Fərrux Məmmədov bildirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR