Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Astarada vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Astarada vətəndaşları qəbul edəcək
# 30 iyun 2014 07:24 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Astara şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu iyulun 4-də keçiriləcək.

Qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Astara şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR