İranın xarici işlər naziri nüvə müzakirələri ilə bağlı növbəti dəfə hesabat verəcək

İranın xarici işlər naziri nüvə müzakirələri ilə bağlı növbəti dəfə hesabat verəcək
# 16 noyabr 2013 15:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müzakirələri ilə bağlı növbəti dəfə hesabat verəcək. APA-nın «Mehr» xəbər agentliyinə istinadən məlumatına görə, M.Zərif ölkə parlamentinə çağırılmayıb.

Bu dəfə tərəflər arasında görüş İran Xarici İşlər Nazirliyinin binasında keçiriləcək. M.Zərif ölkə parlamentinin Milli təhlükəsizlik və xarici siyasət Komissiyasının üzvlərinə İranla «altılıq» ölkələri arasında noyabrın 7-9-da Cenevrədə keçirilmiş nüvə müzakirələri ilə bağlı məlumat verəcək. Toplantı noyabrın 17-də baş tutacaq.

Qeyd edək ki, artıq hər ay bir dəfə İran Xarici İşlər Nazirliyi ilə ölkə parlamentinin Milli təhlükəsizlik və xarici siyasət Komissiyasının üzvləri arasında toplantı keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR