Dövlət başçısı İlham Əliyev Nepalın milli bayramı münasibətilə bu ölkənin prezidentini təbrik edib

 Dövlət başçısı İlham Əliyev Nepalın milli bayramı münasibətilə bu ölkənin prezidentini təbrik edib
# 28 may 2014 15:34 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Baran Yadava bu ölkənin milli bayramı – Respublika günü münasibətilə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan ilə Nepal arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcək.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR