Fransa BMT Təhlükəsizlik Şurasına Suriyaya dair veto hüququndan istifadə etməməyi təklif edib

Fransa BMT Təhlükəsizlik Şurasına Suriyaya dair veto hüququndan istifadə etməməyi təklif edib
# 24 sentyabr 2013 22:57 (UTC +04:00)

Bakı-APA. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) Suriyada da daxil olmaqla törədilən hərbi cinayətlərə dair qətnamələri bloklamaq məqsədi ilə veto hüququndan istifadə etməməyi təklif edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu sentyabrın 24-də mətbuat konfransında Fransa prezidenti Fransua Olland bəyan edib.

“Hərbi cinayətlərə yol verilib və belə təqdirdə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə veto hüququndan istifadə etmək olmaz”, deyə o jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Suriyada kimyəvi silahın məhvinə dair BMT Təhlükəsizlik Şurası məcburi qətnamə qəbul etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR