Xalq artisti Mustafa Mərdanovun 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

Xalq artisti Mustafa Mərdanovun 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
# 08 aprel 2014 17:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Aprelin 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Akademik Milli Dram Teatrında xalq artisti, Azərbaycan kinosu və teatrının inkişafında müstəsna xidmətləri olan Mustafa Mərdanovun anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə aktyorun teatr və kino fəaliyyətini əks etdirən videoçarx, onun iştirak etdiyi tamaşalardan və filmlərdən parçalar nümayiş olunacaq.

Qeyd edək ki, Mustafa Mərdanov 1894-cü ildə Mərənddə anadan olub. Aktyor 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışıb. M. Mərdanov “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Əhməd haradadır”, “Görüş”, “Qanun naminə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. M. Mərdanov 1968-ci ildə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR