Bakıda silahlı insident baş verib, polis rəisinin müavini və oğlu yaralanıb, bir nəfər ölüb - YENİLƏNİB-1

Bakıda silahlı insident baş verib, polis rəisinin müavini və oğlu yaralanıb, bir nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB-1
# 23 fevral 2014 18:30 (UTC +04:00)

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, baş verən hadisə nəticəsində Asif Nəzərov və Yusif Əlipaşayev qarın boşluğunun deşilmiş güllə yarası, Akif Nəzərov isə sağ sarğı nahiyəsinin deşilmiş güllə yarası və çanağın zədələnməsi diaqnozu ilə xəstəxanaya daxil olublar.

Hazırda hər üç şəxsin üzərində cərrahiyə əməliyyatı aparılır.


Qeyd edək ki, Akif Nəzərov Suraxanı rayon Polis İdarəsinin rəis müavini, onun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin təhqiqatçısıdır.

****

21:08

Bakıda polislə silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi Musabəyov küçəsində qeydə alınıb.

Hadisə nəticəsində Suraxanı rayonu Polis İdarəsinin rəis müavini, 1955-ci il təvəllüdlü Akif Nəriman oğlu Nəzərov və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov, həmçinin 1954-cü il təvəllüdlü Yusif Hacıəliəhməd oğlu Əlipaşayev və 1990-cı il təvəllüdlü Fərid Bəxtiyar oğlu Qədirov güllə xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

F. Qədirov aldığı güllə xəsarətlərindən xəstəxanada ölüb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində işləyirlər.

Qeyd edək ki, hadisə nəticəsində yaralanmış Asif Nəzərovun Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində təhqiqatçı vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR