Əməkdar incəsənət xadimi Həyat Abdullayevaya həsr edilmiş sənədli filminin təqdimatı olub

Əməkdar incəsənət xadimi Həyat Abdullayevaya həsr edilmiş sənədli filminin təqdimatı olub
# 15 mart 2014 07:16 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Martın 14-də Nizami Kino Mərkəzində əməkdar incəsənət xadimi Həyat Abdullayevaya həsr edilmiş "Gözümün işığı və ya qəribə heykəltəraş ömrü" sənədli filminin təqdimat mərasimi keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, "Azanfilm" studiyasında tanınmış rejissor Yavər Rzayevin çəkdiyi bu film Həyat Abdullayevanın 100 illik yubileyi ilə əlaqədar lentə alınıb. Film həyatın bütün çətinliklərindən keçmiş bir heykəltəraş qadının zəngin iş yaradıcılığı və ömür yoluna həsr olunub.

Təqdimat mərasimində M. V. Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Həyat Abdullayevanin ailə üzvləri, filmin yaradıcı heyəti, sənət adamları və digər qonaqlar iştirak edib.

İştirak edən qonaqlar Nizami Kino Mərkəzinin foyesində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunmuş Həyat Abdullayevanın işlərindən ibarət sərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR