İstiqlal Muzeyində Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunan tədbir-sərgi keçiriləcək

İstiqlal Muzeyində Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunan tədbir-sərgi keçiriləcək
# 22 yanvar 2014 13:08 (UTC +04:00)

İstiqlal Muzeyindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçiriləcək tədbir-sərgidə tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən fotoşəkillər, muzeyin fondunda saxlanılan kitablar, Rəsulzadənin səfirliklərə yazdığı məktublar və s. nümayiş etdiriləcək.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, professor Şirməmməd Hüseynov, professor Solmaz Rüstəmova-Tohidi, tarixçi Firdovsiyə Əhmədova, tarixçi Ədalət Tahirzadə və M.Ə.Rəsulzadənin nəvəsi rəssam Rəis Rəsulzadə çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR