Gürcüstanın baş naziri: "Gələn ildən iqtisadi inkişaf başlayacaq"

Gürcüstanın baş naziri: "Gələn ildən iqtisadi inkişaf başlayacaq"
# 19 oktyabr 2013 01:28 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. “Mən heç yerə getmirəm, mən sizə tərəf gəlirəm. Gəlirəm ki, gürcü xalqını bir yumruq kimi birləşdirim”. APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili seçicilərlə görüşü zamanı deyib.

Baş nazir seçicilərə söz verib ki, 20 ilə Avropa ölkəsi tikəcək. “Bunun üçün 20 il az müddətdir. Digər ölkələr bu məqsədə nail olmaq üçün yüz illər sərf edir. Mən sizin əhval-ruhiyyənizi və imkanlarınızı bilirəm. İnanıram ki, bizim ölkə demokratiyalı Avropa ölkəsi olacaq. Siz görəcəksiniz ki, gələn ildən iqtisadi inkişaf başlayacaq və tezliklə ölkədə elə olacaq ki, sabahkı gün bu günkü gündən yaxşı olacaq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR