Əli Əliyevlə Eldəniz Quliyevin məhkəməsi fevralın 25-nə təyin olunub

Əli Əliyevlə Eldəniz Quliyevin məhkəməsi fevralın 25-nə təyin olunub
# 20 fevral 2014 10:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə şikayəti əsasında hazırlıq iclası fevralın 25-də keçiriləcək.

Bunu APA-ya açıqlamasında E. Quliyev bildirib.

Bu gün E. Quliyevə məhkəməyə çağırış vərəqəsi təqdim edilib.

Ə. Əliyev E. Quliyevlə bağlı Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri əsasında cinayət işi açılmasını və həbs edilməsini istəyir. Bu maddələr yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR