Xaçmazda iki maşın toqquşub, 6 nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Xaçmazda iki maşın toqquşub, 6 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 iyun 2014 06:57 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gecə axşam saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Muxtadır qəsəbəsində qeydə alınıb. 1984-cü il təvəllüdlü Xaçmaz rayon sakini Qiyasov Polad Ramiz oğlunun idarə etdiyi 99 FV 509 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşınla 1986-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Məhsimov Tural Əlövsət oğlunun idarə etdiyi 50 CO 509 dövlət nömrə nişanlı “VAZ 21 07” markalı avtomaşın toqquşub.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar 1986-cı il təvəllüdlü, Ağasıyeva Güllü Xeyrulla qızı, 1989-cu il təvəllüdlü, Quba rayon sakini Məmmədova İlahə Xeyrulla qızı, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Ağasıyev Əlibaba Tural oğlu, 1986-cı il təvəllüdlü, Sumqayıt şəhər sakini Məhsimov Tural Əlövsət oğlu, Xaçmaz rayonunun Seyidli kənd sakini 1992-ci il təvəllüdlü Ağasıyev Mənsur Xeyrulla oğlu, 1984-cü il təvəllüdlü Xaçmaz rayon sakini Qiyasov Polad Ramiz oğludur.

Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Mercedes”in sürücüsünə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər xəsarət alan 5 nəfər isə stasionar qaydada müalicələrin davam etdirirlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR