Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 aprel 2014 08:30 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Niyazabad yolunun Xaçmaz rayonunun Niyazabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağçay kənd yolundan əsas yola dönən “VAZ 21 06” markalı avtomobil qarşıdan gələn eyni markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralanan şəxslər 38 yaşlı Xaçmaz rayonunun Qaraqurdlu kənd sakini Gülşən Cəbrayılova və 29 yaşlı Xaçmaz rayonunun Ağçay kənd sakini Mahir Bayramovdur.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR