Somada çökmüş mədəndə yanğın başladı! Ölənlərin sayı 299 nəfərə çatdı!

Somada çökmüş mədəndə yanğın başladı! Ölənlərin sayı 299 nəfərə çatdı!
# 17 may 2014 12:04 (UTC +04:00)

Bu səbəbdən xilasetmə işləri müvəqqəti olaraq dayandırılıb. Bu barədə jurnalistlərə məlumat verən Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, bütün çətinliklərə baxmayaraq daha bir fəhlənin meyiti kömür mədənindən çıxarılıb. Bununla da baş verən faciə nəticəsində ölənlərin sayı 299-a çatıb. Mədəndə daha 3 fəhlənin meyitinin qaldığı güman edilir.

Nazir bildirib ki, xilasetmə işləri ilə bərabər yanğının da qarşısı qısa zamanda alınmalıdır. Əks təqdirdə yanğının daha böyük əraziyə yayılma ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR