İranın Azərbaycandakı səfiri Mikayıl Kazıminin həbsinin səbəblərini açıqlayıb

İranın Azərbaycandakı səfiri Mikayıl Kazıminin həbsinin səbəblərini açıqlayıb
# 06 iyun 2013 09:00 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin İran vətəndaşı Mikayıl Kazıminin ölkəmizdə saxlanmasını məsələsinə aydınlıq gətirib.

Səfir APA-ya açıqlamasında deyib ki, M. Kazımi Bakıda keçirilmiş ticarət sərgisində iştirak edən İranın Ərdəbil vilayətinin nümayəndə heyətinin tərkibində olub: “O, mühafizəçi olduğuna görə İranda qanunla silah gəzdirməsinə icazə var. Azərbaycana daxil olarkən o, silahını İran tərəfinə təhvil verib, cibindəki patron darağını təhvil verməyi isə unudub. Buna görə onu sərhəddə saxlayıblar, daha sonra məhkəmə onun barəsində üç il yarım müddətinə azadlıqdan məhrumetmə qərarı verib”.

Səfir bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti verilib: “Ümid edirik ki, şikayətimizə müsbət cavab veriləcək”.

Səfir qeyd edib ki, M. Kazıminin həbsi ilə Xalidə Xalidin İranda saxlanılması arasında heç bir əlaqə yoxdur: “Amma Şeyxülislam Allahşükür Paşazadə İrandan qayıdandan sonra Azərbaycan rəsmiləri ilə görüşüb və Mikayıl Kazıminin azadlığa buraxılmasını xahiş edib. İki ölkə arasında yaxşı münasibətləri nəzərə alaraq, bu cür məsələlər həmişə ikitərəfli müzakirələr zamanı həll olunur. Səfirliyimizin nümayəndəsi Mikayıl Kazımi ilə görüşüb, o səhv etdiyini qəbul edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR