Bakıda “Heydər Əliyev və sənət müasirləri” sərgisi açılıb

Bakıda “Heydər Əliyev və sənət müasirləri” sərgisi açılıb
# 07 may 2013 10:42 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva-APA Bu gün Milli İncəsənət Muzeyinin ekspozisiya zalında “Heydər Əliyev və sənət müasirləri” adlı sərgi açılıb. APA-nın verdiyi məlumata görə, sərgidə H. Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğını əks etdirən 70-dən artıq foto-şəkil nümayiş olunub.

Ekspozisiya salonlarında H. Əliyevin ünsiyyətdə olduğu sənət adamlarının yaradıcılığından bəhs edən boyakarlıq, qrafika və heykəltəraşlıq əsərləri də tamaşaçıların ixtiyarına verilib.

Sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev H. Əliyevin milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafı naminə gördüyü işlərdən danışıb. Nazir bildirib ki, H. Əliyev mədəniyyət sahəsində səmərəli işlər həyata keçirib, daima yaradıcı şəxslərlə maraqlanıb. Azərbaycanın tanınmış adamlarından Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Nadir Əbdürrəhimov, Ömər Eldarov və başqaları ilə dəfələrdə görüşən H. Əliyev onlarda yaradıcılığa böyük stimul yaradıb.

Azərbaycan Rəssamlar İttifaqını sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və başqaları H. Əliyevlə bağlı xatirələrini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR