Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” III Ümumrespublika birinciliyi və II Beynəlxalq yarışları keçirilir - FOTO

Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” III Ümumrespublika birinciliyi və II Beynəlxalq yarışları  keçirilir - <span style="color: red;">FOTO
# 23 iyun 2014 14:00 (UTC +04:00)

Bakı-APA. Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi və "Gənc xilasedici" II Beynəlxalq yarışları keçirilir.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 22-də yarış iştirakçıları Bakı şəhərində Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib.

İyunun 23-də Qəbələ şəhərində yarışların açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən FHN Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin rəisi, general-mayor Elşad Hüseynov yarış iştirakçılarına uğurlar arzulayıb, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliyini ifadə edib.

Beynəlxalq yarış çərçivəsində Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Belarusdan olan təmsilçilər, həmçinin respublika birinciliyi uğrunda yarışan 16 rayon və şəhər komandaları "Maneələr zolağı", "Kombinə edilmiş yanğın estafeti", "Axtarış-xilasetmə işi", "Komandaların təqdimatı" və "Divar qəzeti" mərhələlərində güclərini sınayırlar.

Yarışların bağlanışı mərasimi iyun ayının 28-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR