Məhkumdan narkotik vasitə götürülüb

Məhkumdan narkotik vasitə götürülüb
# 29 mart 2014 09:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Məhkumdan narkotik vasitə götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 206.2; 234.4.3 və 66.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Bəhlul Sabir oğlu Əliyevin üzərinə və əşyalarına baxış keçirilən zaman alt paltarının içərisində gizlədilmiş dərman şüşəsinin daxilində 1 ədəd sellofana bükülmüş xalis çəkisi 0.180 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR