APA-nın “Oyannews”a istinadən məlumatına görə, iyulun 15-də Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsində İlqar Müəzzinzadə, Məhəmməd (Oxtay) Rəşidi, aşıq İsa Qaraxanlı, Əmir Hadiyan və Fərhadi soyadlı şəxs mühakimə edilirlər. Azərbaycanlı fəallar hakimiyyət əleyhinə təbliğat aparmaq və bir yerə toplaşmaqla milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərməkdə günahlandırılırlar.
Qeyd edək ki, M. Rəşidi, X. Xalid, sürücüsü Şamxal Hüseynov aşıq İ. Qaraxanlu, Təbriz Azad Universitetinin tələbəsi Ə. Hadiyan və Fərhadi soyadlı şəxs aprelin 30-da gecə saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (
Mayın 6-da həmin mərasimin iştirakçılarından olan 3 azərbaycanlı fəal mülk girovu qoymaqla azadlığa buraxılıb. Bunlar aşıq İ. Qaraxanlı, Ə. Hadiyan və Fərhadi soyadlı şəxsdir.
Azərbaycan vətəndaşları X. Xalid və Ş. Hüseynov isə iyunun 6-da həbsdən buraxılaraq vətənə dönüblər.
M. Rəşidi isə 56 günlük həbs həyatından sonra iyunun 25-də 100 milyon tümən zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından məhkəməyədək müvəqqəti sərbəst buraxılıb. Azərbaycanlı fəal
Bu məsələyə görə mayın 8-də həbs edilmiş tanınmış azərbaycanlı fəal, yazar və şair İ. Müəzzinzadə isə hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasının üçüncü korpusunda saxlanır. Həmin korpusda narkotik maddələrin alqı-satqısı ilə məşğul olduqlarına görə həbs edilmiş məhbuslar, qatillər və s. saxlanılır. Azərbaycanlı fəalın səhhətinin yaxşı olmadığı bildirilir.