Dövlət Gömrük Komitəsi Sədərək Gömrük İdarəsi rəisinin Türkiyədə saxlanılması ilə bağlı məlumat yayıb

Dövlət Gömrük Komitəsi Sədərək Gömrük İdarəsi rəisinin Türkiyədə saxlanılması ilə bağlı məlumat yayıb
# 18 dekabr 2013 14:55 (UTC +04:00)

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə gedib: “2013-cü il dekabrın 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb. O, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib”.

Məlumatda bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tezliklə həlli istiqamətində lazımi tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR