Azərbaycanda tikinti sektoruna verilən kreditlər 12% artıb

 Azərbaycanda tikinti sektoruna verilən kreditlər 12% artıb
# 01 iyun 2013 09:35 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Apreldə Azərbaycan banklarının kredit portfeli 568,3 mln. manat və ya 4,4% artaraq mayın 1-ə olan tarixə 13 522,1 mln. manata çatıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

AMB-nin məlumatına görə, apreldə kredit portfelinin artımının əsas hissəsi inşaat-əmlak sektoruna verilən kreditlərin və istehlak kreditlərinin hesabına baş verib. Belə ki, apreldə inşaat və əmlak sektoruna verilən kreditlər 209,7 mln. manat və ya 11,9%, istehlak kreditləri 192,8 mln. manat və ya 4,1%, sənaye və istehsal sektoruna verilən kreditlər 91,8 mln. manat və ya 8,1%, nəqliyyat və rabitəyə verilən kreditlər 12,5 mln. manat və ya 1,5%, ticarət və xidmət sektoruna verilən kreditlər isə 17,6% və ya 0,8% artıb, kənd təsərrüfatına verilən kreditlər isə 4 mln. manat və ya 0,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR