Kürdəmirdə minik maşını yük avtomobili ilə toqquşub, ölən var

Kürdəmirdə minik maşını yük avtomobili ilə toqquşub, ölən var
# 15 mart 2014 14:50 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 16.30 radələrində Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn “KamAZ” markalı maşınla toqquşub. Hadisə nəticəsində minik maşının sürücüsü - Ucar rayonunun Müsüslü kənd sakini 1979-cu il təvəllüdlü İsmayılov Ruslan Güloğlan oğlu dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR