İran Suriya konfransına dəvət olunub

İran Suriya konfransına dəvət olunub
# 20 yanvar 2014 15:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. BMT İranı Suriya böhranının həlli məqsədilə İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransa dəvət edib. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibi Pan Gi Mun açıqlama verib. BMT baş katibi bir daha bəyan edib ki, İran Suriya böhranının həllində mühüm rol oynaya biləcək bir ölkədir. Bu məlumatı İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan da təsdiqləyib. O, bu gün jurnalistlərə açıqlamasında İranın Suriya konfransına dəvət məktubunu aldığını söyləsə də, ölkəsinin həmin tədbirdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR