Qaçqın və məcburi köçkünlər üçün Novruz bayramına həsr edilmiş tədbirlər keçirəcək

Qaçqın və məcburi köçkünlər üçün Novruz bayramına həsr edilmiş tədbirlər keçirəcək
# 15 mart 2014 15:00 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və Turizm Nazirliyi qaçqın və məcburi köçkünlərin məskunlaşdığı rayonlarda Novruz bayramına həsr edilmiş tədbirlər keçirəcək. Nazirlikdən APA-ya verilən məlumata görə, bayram ərəfəsində qaçqın və məcburi köçkün əhalinin asudə vaxtının səmərəli təşkilinin təmin olunması və onlara göstərilən mədəni xidmətin daha da gücləndirilməsi məqsədilə 16-18 mart tarixlərində Tərtər və Goranboyda bir qrup incəsənət ustalarının iştirakı ilə bayram tədbirləri keçiriləcək.

Novruz bayramına həsr edilmiş tədbirlərin yaradıcı heyətinə xalq artistləri Canəli Əkbərov, Cəmilə Bayramova, əməkdar artistlər Azad Şükürov, Zakir Əliyev, aşıq Solmaz Kosayeva, musiqiçilər Altay Niftəliyev, Araz Ağaverdiyev daxildirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR