MDB ölkələri müdafiə nazirləri əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

MDB ölkələri müdafiə nazirləri əməkdaşlıq məsələlərini müzakirə edəcəklər
# 18 noyabr 2013 11:07 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Noyabrın 21-də Moskva şəhərində MDB Müdafiə Nazirləri Şurasının 65-ci iclası keçiriləcək. APA-nın MDB İcra Komitəsinə istinadən verdiyi məlumata görə, iclasda Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan müdafiə nazirlərinin iştirakı gözlənilir.

Nazirlər hərbi əməkdaşlığa dair 20-dən çox məsələni müzakirə edəcəklər. Onların arasında şuranın işçi orqanlarının 2013-cü ildəki fəaliyyətinin yekunları; aviatexnikanın nasazlığına dair məlumat toplanması və mübadiləsi; mühəndis qurğularının modernləşdirilməsi, təmiri və onların ehtiyat hissələrlə təmin olunmasında əməkdaşlıq; radiasiya, kimyəvi və bioloji vəziyyətin qiymətləndirilməsi üzrə birləşmiş sistemin yaradılması; birgə operativ və döyüş hazırlığı üzrə tədbirlərin hidrometeoroloji təminatı; antiterror fəaliyyəti sahəsində mütəxəssislərin hazırlığı və ixtisaslarını artırılmasında birgə fəaliyyət, 2014-cü ildə birləşmiş hava hücumundan müdafiə sistemi çərçivəsində birgə tədbirlər və digər məsələlər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR