Ankarada İranın xarici işlər naziri ilə Türkiyənin baş naziri arasında görüş keçirilib

Ankarada İranın xarici işlər naziri ilə Türkiyənin baş naziri arasında görüş keçirilib
# 02 noyabr 2013 11:37 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Ankarada İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. APA-nın İRİB-ə istinadən verdiyi məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, M. Zərif noyabrın 1-2-də Türkiyəyə ikigünlük səfəri çərçivəsində bu ölkənin prezidenti Abdullah Gül və xarici işlər naziri Əhməd Davudoğlu ilə də görüşüb.

Görüşlərdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, İranın dinc məqsədli nüvə proqramı, Suriya böhranı, İraqdakı terror aktları, Əfqanıstandakı vəziyyət, İran-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR