Masazırda 4 min litr yararsız sirkə satışdan çıxarılaraq məhv edilib

Masazırda 4 min litr yararsız sirkə satışdan çıxarılaraq məhv edilib
# 15 may 2013 16:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Masazırda 4 min litr yararsız sirkə satışdan çıxarılaraq məhv edilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, fiziki şəxs Kamil Hacıyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı həmin istehsalat sahəsində sirkə istehsalı üçün müvafiq avadanlıqların olmadığı və sirkə istehsal edilmədiyi halda, mənşəyi məlum olmayan, 0,5 və 3 litrlik plastmas qablarda qablaşdırılmış sirkələrin guya Kamil Hacıyev tərəfindən ona məxsus Abşeron rayon, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, ev 1 ünvanında yerləşən istehsalat sahəsində istehsal edildiyi barədə məhsulların etiketində yanlış məlumatların verildiyi müəyyən edilib və bununla əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 4 min litr sirkə satışdan çıxarılmış və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR