Nazir: “Azərbaycanda 905 baş xəstə heyvan qalıb”

Nazir: “Azərbaycanda 905 baş xəstə heyvan qalıb”
# 13 sentyabr 2013 12:39 (UTC +04:00)

APA-nın qərb bürosunun məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov Samux rayonuna səfəri zamanı bildirib.

Nazir rayonun iri buynuzlu heyvanlarda xəstəlik yayıldığı kəndində şəxsi təsərrüfatda olub və heyvanların müalicəsi ilə maraqlanıb.

İ.Abasov qeyd edib ki, hazırda xəstə heyvanların müalicəsi sürətlə davam etdirilir: “İyul ayından respublikada iri buynuzlu heyvanlarda xəstəlik yayıldı. Məlumata görə, təxminən 238 min heyvan bu virusa yoluxub. Vaxtında baytarların gördükləri tədbirlər nəticəsində mal-qara sağalıb. Dünənə olan məlumata görə, hazırda 905 baş xəstə heyvan qalıb ki, yaxın iki günə bu heyvanlar da sağalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR