Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov İtaliya Senatının Avropa Birliyi (AB) siyasəti üzrə daimi komissiyasının sədri Vanino Kiti ilə görüşüb.
APA-nın İtaliya mətbuatına istinadən xəbərinə görə, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər Cənubi Qafqazda geopolitik vəziyyət, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycan-AB və Azərbaycan-İtaliya münasibətləri, TAP layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar.
V.Sadıxov Azərbaycan parlamentinin Azərbaycana səfər etmək barədə dəvətini V.Kitiyə çatdırıb.