Həştərxanda Xəzəryanı ölkə başçılarının növbəti sammitinə hazırlıq başlayıb

Həştərxanda Xəzəryanı ölkə başçılarının növbəti sammitinə hazırlıq başlayıb
# 31 mart 2014 08:09 (UTC +04:00)

APA-nın Həştərxan vilayətinin administrasiyasının saytına istinadən verdiyi məlumata görə, sammit sentyabrın ikinci yarısında baş tutacaq.

Zirvə görüşünə hazırlıq yerlərdə də aparılır. Bu işlərlə Həştərxan şəhər administrasiyasında yaradılmış xüsusi işçi qrup məşğul olur. Qrupa Həştərxan merinin müavini, şəhər administrasiyası aparatının rəhbəri Rəsul Sultanov rəhbərlik edir.

Sammitə hazırlığın avqust ayında başa çatacağı gözlənilir.

Xatırladaq ki, bundan öncəki sammit 2010-cu ilin noyabrında Bakıda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR