FHN-in cənub bölgəsindəki qurumlarının əməkdaşları peşə bayramlarını qeyd ediblər

FHN-in cənub bölgəsindəki qurumlarının əməkdaşları peşə bayramlarını qeyd ediblər
# 16 dekabr 2013 16:09 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranmasının 8-ci ildönümü münasibətilə FHN-in Cənub Regional Mərkəzində təntənəli mərasim keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, FHN Cənub Regional Mərkəzinin şəxsi heyətinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi, DSXX-nin Cənub dalğıc-axtarış qrupu və Lənkəran xilasetmə məntəqəsi, Kiçik Həcmli Gəmilərin Dövlət Müfəttişliyinin Cənub Regional şöbəsi, DYMX-nin Lənkəran rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Cənub Regional Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti müfəttişliyi əməkdaşlarının, Lənkəran Şəhər İcra Hakimiyyəti və yerli kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçən tədbir Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələrinin qoyulması ilə başlayıb.

Daha sonra FHN-in ötən 8 il ərzində strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı sahəsində mühüm işlərin görülməsi ilə əlaqədar məruzələr dinlənilib.

Bütün çıxışlarda bir daha föv­qə­la­də hal­lar sa­hə­sin­də eti­bar­lı şə­bə­kə­nin ya­ra­dıl­ma­sı, mülki mü­da­fiə, əha­li­nin və əra­zi­lə­rin tə­bii və tex­no­gen hal­lar­dan, müm­kün ter­ror ha­di­sə­lə­rin­dən qo­run­ma­sı, yanğın təh­lü­kə­siz­li­yi­nin və su höv­zə­lə­rin­də in­san­la­rın təh­lü­kə­siz­li­yi­nin tə­min olun­ma­sı ilə bağ­lı əha­li­nin təh­lü­kə­siz ya­şa­ma­sı is­ti­qa­mə­tin­də va­cib olan iş­lərin ge­niş miq­yas­da hə­ya­ta ke­çi­ril­diyi, Föv­qə­la­də Hal­lar Na­zir­li­yi tə­rə­fin­dən ta­be­li­yi­nə ve­ri­lən və ye­ni ya­ra­dı­lan qu­rum­la­rın­da işin da­ha sə­mə­rə­li, ope­ra­tiv və çe­vik ol­ma­sı məqsədilə nor­ma­tiv-hü­qu­qi ba­za­nın möh­kəm­lən­di­ril­diyi, föv­qə­la­də hal­la­rın ida­rə o­lun­ma­sı üz­rə bö­yük təc­rü­bə­yə ma­lik döv­lət­lər­lə in­ten­siv əmək­daş­lıq mü­na­si­bət­lə­ri qu­rul­ma­sı is­ti­qa­mə­tin­də cid­di ad­dım­ların atıl­dığı qeyd olunub.

Tədbir zamanı həmçinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əhalinin təhlükəsizliyinin keşiyindədir” adlı video çarx nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR