«TBC Kredit» yeni istiqraz emissiyasına hazırlaşır

«TBC Kredit» yeni istiqraz emissiyasına hazırlaşır
# 08 aprel 2014 10:55 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «TBC Kredit» bank olmayan kredit təşkilatına faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb. «APA-Economics»in məlumatına görə, bu barədə komitənin məlumatında deyilir.

Məlumata əsasən, kütləvi təklif üsulu ilə yerləşdiriləcək bu istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, emissiyanın ümumi həcmi isə 3 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR