Salvadorda avtobusa hücum nəticəsində 6 nəfər ölüb

Salvadorda avtobusa hücum nəticəsində 6 nəfər ölüb
# 24 may 2014 01:53 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə San-Salvadoru beynəlxalq hava limanı ilə birləşdirən yolda baş verib.

Naməlum silahlılar hücumdan sonra hadisə yerindən qaçıblar.

Qeyd edək ki, Salvadorda 60 minə yaxın üzvü olan “Mara” mütəşəkkil küçə bandaları fəaliyyət göstərir. Hazırda onlardan 10 mini həbsxanadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR