Kuril adalarında iki zəlzələ qeydə alınıb

Kuril adalarında iki zəlzələ qeydə alınıb
# 23 yanvar 2014 02:06 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, birinci yeraltı təkan 79,9 km dərinlikdə qeydə alınıb. Zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 190 km cənubi-şərqdə, Paramuşir adasında olub.

Bir neçə saatdan sonra (Bakı vaxtı ilə 22:32, 22.01.14) təxminən həmin ərazidə 86,2 km dərinlikdə ikinci zəlzələ olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR