İranın hərbi donanması ABŞ-ın dəniz sərhədlərinə yola düşüb - VİDEO

İranın hərbi donanması ABŞ-ın dəniz sərhədlərinə yola düşüb - <span style="color: red;">VİDEO
# 09 fevral 2014 04:33 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

“İranın Hərbi-Dəniz Qüvvələrinə məxsus döyüş gəmiləri ABŞ-ın dəniz sərhədlərinə yaxınlaşmaqdadır, və bu manevr Amerika üçün bir ismarıcdır”, deyə ötən gün İranın şimal hərbi donanmasının komandanı admiral Afşin Rezayi Həddad bildirib.

Onun sözlərinə görə, gəmilər Cənubi Afrika yaxınlığından üzüb keçərək Atlantik okeana doğru üz tutacaq.

İran bu addımı ABŞ hərbi gəmilərinin Fars körfəzində olmasına etiraz əlaməti olaraq atdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR