Qarabağ əlilini öldürən şəxsə hökm oxunub

Qarabağ əlilini öldürən şəxsə hökm oxunub
# 18 mart 2014 14:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ əlili Natiq Əşrəfovu qətlə yetirməkdə təqsirləndirilən Babək Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, B. Əsgərov 10 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, ötən il avqustun 14-də B. Əsgərov Kəlbəcər rayonundan məcburi köçkün və Qarabağ əlili olan tanışı N.Əşrəfovla sərxoş vəziyyətdə mübahisə ediblər. Mübahisə getdikcə münaqişəyə çevrilib və B.Əsgərov bıçaqla Qarabağ əlilinin boğazını kəsib. N.Əşrəfov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR