Ağcabədidə ferma yanıb

Ağcabədidə ferma yanıb
# 02 aprel 2014 20:01 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayon mərkəzindən 9 km aralıda yerləşən Xocavənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan fermanın taxta və qamışdan ibarət dam örtüyü 12 kv.m sahədə yanıb.

Yanğın zamanı fermada olan 3 baş xırda buynuzlu heyvan yanaraq tələf olub. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR