İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib

İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib
# 03 aprel 2014 13:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.

APA-nın məlumatına görə, görüş zamanı P.Hikki Bakı-2015 Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin 3-cü toplantısı zamanı Azərbaycanda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını bildirib.

Hazırlıq işlərinin qrafikə uyğun görüldüyünü vurğulayan P.Hikki bu işlərin bütün sahələrdə yüksək səviyyədə həyata keçirilməsindən razılığını ifadə edib.

Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR