Səhiyyə Nazirliyi bütün növ qida məhsulları üzərində yoxlamalar aparacaq

Səhiyyə Nazirliyi bütün növ qida məhsulları üzərində yoxlamalar aparacaq
# 08 iyun 2013 07:59 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında məlumat verən RGEM-in şöbə müdiri İmran Abdullayev deyib ki, bu yoxlamalar qida məhsullarının keyfiyyətini müəyyən etmək, onların satışı zamanı təhlükəsizlik qaydalarına hansı səviyyədə riayət olunmasını öyrənmək məqsədilə təşkil ediləcək. Onun sözlərinə görə, cari ilin ilk 6 ayında qida məhsulları üzərində aparılan yoxlamalar başa çatıb: “Bu müddət ərzində bir çox ərzaq məhsulları-turşular, çipsilər, çörək və un məmulatları, konserv, balıq, qənnadı, ət, süd məhsulları üzərində bütün növ laborator tədqiqatlar aparılıb. Yoxlamalar zamanı təhlükəli məhsullar aşkarlanmayıb. Müəyyən məhsullarla bağlı kənara çıxmalar qeydə alınıb. Təlimata uyğun olmayan nöqsanlar aşkarlandığı halda onlara qarşı müvafiq tədbirlər görülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR