ANAMA Əfqanıstan DİN-in əməkdaşlarına təlim keçəcək

ANAMA Əfqanıstan DİN-in əməkdaşlarına təlim keçəcək
# 24 yanvar 2014 11:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Əfqanıstan Daxili İşlər Nazirliyinin əməkdaşlarına təlim keçəcək.

Bu barədə APA-ya ANAMA-nın direktoru Nazim İsmayılov məlumat verib.

N. İsmayılovun sözlərinə görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin əməkdaşlarına antiterror proqramı çərçivəsində tapılan mina və partlamamış hərbi sursatları zərərsizləşdirmək üsulları aşılanacaq.

Təlimlərdə Əfqanıstandan 60 polis əməkdaşının iştirakı gözlənilir.

Qeyd edək ki, indiyədək ANAMA tərəfindən Əfqanıstan Milli Minatəmizləmə Mərkəzinin rəhbər heyəti üçün müxtəlif təlim kursları təşkil olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR