Mətbuat Şurası şəhid jurnalistlərlə bağlı tədbir keçirib - VİDEO

Mətbuat Şurası şəhid jurnalistlərlə bağlı tədbir keçirib - <span style="color: red;">VİDEO
# 22 fevral 2014 10:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Mətbuat Şurasında şəhid jurnalistlərin anım mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Ahıl Jurnalistlər” Birliyinin sədri Yusif Kərimov deyib ki, düşmən gülləsinə tuş gələn ilk jurnalistimiz BDU-nun jurnalistika fakültəsinin müəllimi Əliş Nəbiyev olub: “O, 20 Yanvar hadisələrində şəhid olub və ilk şəhid jurnalistimiz kimi tarixi düşüb”.

Hərbi jurnalist Rey Kərimoğlu təklif edib ki, MŞ-nin nəzdində Müharibə Veteranları Komitəsi yaradılsın. O bildirib ki, bu, hərbi jurnalistlər tərəfindən araşdırmalar aparılması, reportaj və məqalələrin yazılması baxımından olduqca əhəmiyyətlidir.

Sonra tədbir iştirakçıları digər şəhid jurnalistlər – Salatın Əsgərova, Osman Mirzəyev, Alı Mustafayev və Çingiz Mustafayev barədə çıxış edərək onların fəaliyyətini, qəhrəmanlığını, vətəninə və peşəsinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR