Gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 34 sahibkar cərimələnib

Gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 34 sahibkar cərimələnib
# 19 may 2014 09:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin aprel ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 34 müəssisənin sahibi inzibati qaydada cərimələnib.


Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, 6 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 5 iş istintaq orqanına verilib, 13 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

İ. Abdullayev qeyd edib ki, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 333 yeyinti məhsulundan nümunə götürülüb, onlardan 4-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 354 nümunədən isə 2-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 22, radioloji göstəricilərinə görə isə 1 yeyinti məhsulu nümunələri laboratoriya müayinələrinə cəlb edilib. Ötən ay ərzində şadlıq evlərindən 746 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 15 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR