Rusiya XİN: ABŞ və Ukraynanın narahatlığına heç bir əsas yoxdur

Rusiya XİN: ABŞ və Ukraynanın narahatlığına heç bir əsas yoxdur
# 09 aprel 2014 10:05 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya Ukrayna ilə sərhəddə hər hansı qeyri-adi və planlaşdırılmamış hərbi fəaliyyətlə məşğul olmur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, ABŞ və Ukraynanın narahatlığına heç bir əsas yoxdur: “Rusiya Ukrayna ilə sərhəddə yerləşən ərazisində hər hansı qeyri-adi və planlaşdırılmamış hərbi fəaliyyətlə məşğul olmadığını dəfələrlə bəyan edib. Bundan başqa, Rusiya XİN əmin edir ki, Rusiya qoşunlarının ölkə ərazisində fəaliyyəti ABŞ və digər ATƏT ölkələrinin təhlükəsizliyini təhdid etmir. Rusiyanı ittiham etmək cəhdləri əsassızdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR