Türkiyə baş nazirinin Kosovo ilə bağlı bəyanatı rəsmi Belqradın narazılığına səbəb olub

Türkiyə baş nazirinin Kosovo ilə bağlı bəyanatı rəsmi Belqradın narazılığına səbəb olub
# 26 oktyabr 2013 00:50 (UTC +04:00)

Bakı-APA. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Kosovoda verdiyi bəyanat serbiyalı siyasətçilərin narazılığına səbəb olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, rəsmi Belqradın narazılığına səbəb Ərdoğanın Türkiyə ilə Kosovonun birgə tarixə malik olduğu haqda fikri olub.

“Mən Kosovoya gələndə, özümü evimdə kimi hiss edirəm. Kosovo Türkiyədir, Türkiyə isə Kosovodur”, - deyə Ərdoğan bildirib.

Bu fikirlərə görə Serbiya baş nazirinin müavini Aleksandar Vuçiç Türkiyənin və şəxsən Ərdoğanın üzr istəməsini tələb edib. “Belə davranış beynəlxalq münasibətlərdə yolverilməzdir. Bu sözlərin arxasında gerçək niyyətlər gizlənir”, - deyə o vurğulayıb.

Serbiyanın baş naziri İvitsa Daçiç isə Ərdoğanın bəyanatını Serbiyaya qarşı təxribat adlandırıb. “Belə şeylər müasir Avropada mümkün deyil. Bu, Belqradla Priştina arasındakı münasibətlərin normallaşmasına mənfi təsir göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR