Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarının idxalını kəskin azaldıb

Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarının idxalını kəskin azaldıb
# 30 oktyabr 2013 14:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycana idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarının həcmi kəskin azalıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkəyə idxal olunan ət, meyvə-tərəvəz, kərə yağı, həmçinin, bitki və heyvan mənşəli piylər və yağların dəyərində azalma müşahidə olunub. Süd, şəkər, tütün və tütün məmulatlarının idxalının dəyərində isə artım var.

Belə ki, bu ilin 9 ayında Azərbaycana 10,251 mln. ABŞ dolları dəyərində ət idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 22,2% azdır.

Hesabat dövründə Azərbaycana 21,899 mln. dollar dəyərində meyvə-tərəvəz idxal olunub ki, bu da 2012-ci ilin 9 ayı ilə müqayisədə 53,5% azdır. Bu müddət ərzində ölkəyə gətirilən 14,695 mln. dollar həcmində kərə yağının dəyəri isə ötən illə müqayisə 39,4% azalıb.

Bu ilin 9 ayında Azərbaycana idxal olunan 55,108 mln. dollar dəyərində olan bitki və heyvan mənşəli piylər və yağlar isə ötən ilin eyni dövrü ilə müqayisədə 36,4% azalıb.

Təllil olunan dövrdə ölkəyə 6,487 mln. dollarlıq süd idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,2% çoxdur. Bu müddət ərzində ölkəyə idxal olunan şəkərin dəyərində artım var. Həmçinin, şəkərin idxalı 7,5% artaraq 135,128 mln. dollara çatıb.

Eyni zamanda, tütün və tütün məmulatlarının idxalı 250,764 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR