Tələbələr arasında Bakı 2015 Olimpiya oyunları ilə bağlı keçirilən rəy sorğusunun ilkin nəticələri bəlli olub

Tələbələr arasında Bakı 2015 Olimpiya oyunları ilə bağlı keçirilən rəy sorğusunun ilkin nəticələri bəlli olub
# 27 may 2014 10:50 (UTC +04:00)

Bakı - APA. Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Prezidenti yanında Gənclər Fondu (AzGF) və Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin birgə dəstəyi ilə Bakı və region təhsil müəssisələrinin tələbələri arasında bu idman tədbiri ilə bağlı keçirilən rəy sorğusunun ilkin nəticələri bəlli olub.

GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 105 000 tələbə-gəncin iştirak etdiyi sorğuda 24 182 sorğu blankı elektronlaşdırılıb. Onlardan 12 472 nəfəri kişi, 11 714-ü qadındır. Tələbələrdən 13.584-ü Bakı 2015 Avropa Oyunlarında könüllü qismində iştirak etmək istəyində olduğunu bildirib ki, onlardan 6.703 nəfəri kişi, 6.881 nəfəri isə qadınlardır.

Bu günə olan statistikaya görə, sorğuda iştirak etmiş tələbə-gənclər arasında Avropa Oyunlarına daxil bu və ya digər idman növləri üzrə kişilər arasında 3.941 nəfər güləşə, 3.812 nəfər boksa, 3.437 nəfər isə cüdoya azarkeşlik etmək istəyini bildiriblər.

Statistikaya əsasən ən çox azarkeşlik edilən idman növləri aşağıdakılardır:

Voleybol – 9 191 nəfər

Su idman növləri – 6 555 nəfər

Bədii gimnastika – 6 059 nəfər

Velosiped – 5 485 nəfər

Qadınlar arasında isə 6.059 nəfər voleybola, 4.379 nəfər bədii gimnastikaya,

3.646 nəfər isə su idman növlərinə azarkeşlik etmək istəyini bildiriblər.

Sorğuda iştirak etmiş respondentlərə bir neçə idman növünü seçmək imkanı verilib.

Bu il mayın 7-dən başlanmış sorğu və toplanmış anketlərin elektronlaşdırılması prosesi bu həftə ərzində yekunlaşacaq.

Elektronlaşdırılmış bütün sorğu anketləri vahid məlumat bazasında toplanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR