Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
# 11 oktyabr 2013 08:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Binəqədi-Novxanı yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Yardımlı rayon sakini Elmin Abbasovun idarə etdiyi “10-VU-582” dövlət nömrə nişanlı “HYUNDAİ” markalı avtomobillə yolu keçən Zəngilan rayon sakini 1965-ci il təvəllüdlü Şamxal Behbud oğlu Nuriyevi vurub. Ş. Nuriyev xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırtma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR