Sabirabadda ev yanıb

Sabirabadda ev yanıb
# 17 may 2014 14:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sabirabad rayonunda ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Axtaçı Muğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü, 1 otağın yanar konstruksiyaları 24 kvadrat metr sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR