Böyük Britaniya vətəndaşı İranda 20 il azadlıqdan məhrum edilib

Böyük Britaniya vətəndaşı İranda 20 il azadlıqdan məhrum edilib
# 31 may 2014 09:48 (UTC +04:00)

APA-nın “The Independent”ə istinadən xəbərinə görə, 47 yaşlı Röya Saberi Negad Nobəxt İslamı təhqir etməkdə təqsirli bilinib.

İttihama görə, İrandakı qohumlarını ziyarət zamanı Röya “Facebook” sosial şəbəkəsində ölkə hökumətinin ünvanına aşağılayıcı şərhlər yazıb.

Röyanın əri həbs cəzasının ölüm hökmü ilə əvəzlənəcəyindən ehtiyat etdiyini bildirib. O, həyat yoldaşının günahını təzyiq altında etiraf etdiyini deyərək, həbs olunmaqdan qorxduğu üçün İrana getməkdən imtina edib.

Qeyd edək ki, Röya Saberi Negad Nobəxt 2013-cü ilin oktyabrında 8 nəfərlə birlikdə həbs edilib. Hakim rejimin əleyhinə təbliğat aparmaqda və ali dini lideri təhqir etməkdə ittiham olunan bu şəxslərin hamısı 7-20 il həbs cəzası alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR