Siyəzəndə 50 yaşlı kişi bıçaqlanıb

Siyəzəndə 50 yaşlı kişi bıçaqlanıb
# 03 dekabr 2013 07:39 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Ötən gün Siyəzən rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1963-cü il təvəllüdlü Həsənbəyov Yamiddin Həsənbəy oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yaraları ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Siyəzən Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR